• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA-da SƏSVERMƏ: Aqramunt vəzifədən gedir

AŞPA-da SƏSVERMƏ: Aqramunt vəzifədən gedir
27.06.2017 16:40
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında "Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi" adlı hesabat müzakirəyə çıxarılıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, isveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA-nın prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Aparılan qızğın müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək AŞPA-nın prosedurunun təşkilatın gələcəyi üçün deyil, hansısa fərdlərin cəzalandırılması məqsədilə dəyişdirilməsi cəhdini "əcinnə ovu" adlandırıb: "Biz Azərbaycan nümayəndəsi olaraq hər zaman AŞPA daxilində islahatların aparılmasını dəstəkləmişik, əvvəllər də qurum daxilində islahatların aparılmasının, davranış kodunun zəruri olduğunu bildirmişik və indi də bunu dəstəkləməkdəyik. Bu islahatların əsas məqsədi təşkilatımızın nüfuzunun bərpa edilməsi olmalıdır. Amma çox qəribə yanaşma var. Necə olur ki, AŞPA-nın üzvü Rene Ruke Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etdikdə, assambleyanın bəzi üzvləri Krıma getdikdə, heç kim durub buna qarşı çıxmadı, heç kim demədi ki, bəs bu addımlar təşkilatın nüfuzuna xələl gətirir və s... Amma indi birdən-birə nələrsə dəyişdi və bir çoxları başladılar təşkilatın nüfuzundan danışmağa... Yəni, təşkilatın keçmişində də buna oxşar hadisələr olub və həmişə hansısa şəxsin qarşısının alınması üçün belə "islahatlar" aparılıb. Burada açıq deməliyik ki, qurumun daxili nizamnaməsini dəyişməklə, bunu islahatların aparılması naminə deyil, hansısa şəxsə qarşı edirik. Biz doğrudan da qurum daxilində islahatların aparılmasını istəyiriksə, o zaman təşkilatın gələcəyini və bu islahatların bütün 47 üzv ölkə tərəfindən qəbul edilməsini düşünərək hərəkət etməliyik. Amma bunun əksinə olaraq, hansısa şəxsləri cəzalandırmaq üçün dəyişiklik edilirsə, onda bunun adı "əcinnə ovu"dur. Mən bugünkü mövzuya dair çıxış edənlərin siyahısına göz gəzdirdim, erməni nümayəndə heyətinin üzvlərinin çoxu çıxışa yazılıblar. Təbii ki, burada kiminsə ifadə azadlığına qarşı çıxmaq fikrimiz yoxdur, amma elə danışırlar ki, guya bunlar təşkilatda islahatlara can atırlar, halbuki onlar burada sırf öz şəxsi maraqlarını güdürlər".
 
Çıxışlardan sonra hesabat səs qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra AŞPA-nın hazırkı sessiyasında qurumun sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol