• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyanın cənubunda güclü yanğınlar tüğyan edir

İtaliyanın cənubunda güclü yanğınlar tüğyan edir
13.07.2017 20:20
Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğınların çoxunun başvermə səbəbi qəsdən yanğın törədilməsidir.

İtaliya hökuməti ölkənin cənubunda artıq bir neçə gündür tüğyan edən onlarla yanğının yaratdığı fövqəladə vəziyyətin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrinin bölmələri cəlb edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, İtaliyanın ətraf mühitin mühafizəsi naziri Can Luka Qallettinin təşəbbüsü ilə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi Komitəsi meşə yanğınları ilə bağlı kritik yerlərdə hərbçilərin sayını artırmaq qərarı verib.

"Sakit küçələr" əməliyyatında iştirak edən hərbçilər artıq yanğınsöndürənlərə və Mülki Müdafiə Xidmətinin əməkdaşlarına yardım məqsədilə Kampaniya vilayətində hadisə yerlərinə istiqamətləndirilib.
Söhbət ilk növbədə Vezuvi Milli Parkında yanğının söndürülməsindən gedir. Parkda yanğın nəticəsində artıq yüz hektar sahə məhv olub. Bir neçə gündür dünya şöhrətli vulkanın üzərini qara tüstü buludu alıb. Kampaniyanın digər bölgələrində yanğına qarşı mübarizədə regional aviasiyanın beş helikopteri iştirak edir.

Mülki Müdafiə Xidmətinin məlumatına görə, iyunun 15-dən bəri vilayət orqanlarının aviasiya yardımı üçün rəsmi müraciət sayı 400-ü keçib və bu, ölkə üçün mütləq rekorddur.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğınların çoxunun başvermə səbəbi qəsdən yanğın törədilməsidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol