• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna əsilli pianoçu Toronto orkestrindən çıxarıldı

Ukrayna əsilli pianoçu Toronto orkestrindən çıxarıldı
07.04.2015 12:08
Toronto Simfonik Orkestri Ukrayna əsilli pianoçunu işdən çıxarıb. Səbəb onun sosial mediada Ukraynanın şərqində rusiyapərəst separatçılara rəğbət bildirən siyasi şərh yazmasıdır.

Valentina Lisitsa aprelin 6-da facebook səhifəsində yazıb ki, "söz azadlığı hüququndan yararlandığı üçün” simfoniyadan çıxarılıb.

Toronto Simfonik Orkestrinin rəhbəri Jeff Melanson bəyanatında bildirib ki, "Lisitsa-nın qızışdırıcı şərhləri orkestrdə çıxışına kölgə salıb və onunla kontrakt kəsilib”.

Ukrayna Kanada Konqresinin prezidenti Paul Grod-un sözlərinə görə, Lisitsa Ukrayna hökumətini "nasist” adlandırıb, etnik ruslar üçün "filtrasiya düşərgələri” qurduğunu iddia edib.

Lisitsa 1973-cü ildə Kiyevdə doğulub, 1991-ci ildə ABŞ-a mühacirət edib. O, etnik rus və polyak olduğunu deyir.

Kanadada 1.25 milyon ukraynalı yaşayır. Ottava Ukraynanın rusiyapərəst silahlılarla mübarizəsini qızğın müdafiə edənlərdəndir.

Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol