• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən gözəl və cəsur pilot qadını - FOTO

Dünyanın ən gözəl və cəsur pilot qadını - FOTO
14.04.2015 13:43
Almaniyanın "Bild" qəzeti dünyanın ən gözəl və cəsur qadın pilotu haqqında məqalə dərc edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünyanın ən gözəl və ən cəsur qadın pilotu kimi tanınan 23 yaşlı Niloofar Rhmani Əfqanıstan Hava Qüvvələrində xidmət edir.

"Bild" qəzetinin yzdığına görə, Niloofar Rhmani 2001-ci ildə Talibanın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Xəbərdə gənc qadın pilotun ABŞ Xarici İşlər Nazirliyinin "International Women of Courage Award" ("Beynəlxalq qadın cəsarəti mükafatı") mükafatına layiq görüldüyü deyilir.
 
 
 
 
Niloofar Rhmani uşaq yaşlarından pilot olmaq arzusunda olub.  O, bunu üçün ən əvvəl ingiliscə öyrənib . 2010-cu ildə - 18 yaşı olarkən Əfqanısatn Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə təyyarəçilik məktəbini bitirib. Qadın olduğu üçün ona ölü və ya yaralı daşımaq qadağan olunub. Amma əmliyyatların birində yaralı əsgərlərə rast gələn N.Rhmani onları xəstəxanaya çatdırıb. Həmin yaralılar arasında yüksək rütbəli zabitlərin olması səbəbilə qadağanı pozduğuna görə ona cəza verilməyib.

Gözəl və cəsur pilot qadın dəfələrlə taliban üzərinə bombalar yağdırıb. Hazırda nəinki onun özü, hətta bütün ailə üzvləri taliban tərəfindən təhdidə məruz qalıb. Amma Niloofar Rhmani bütün təhlükə və təhdidlərə baxmayaraq Əfqanıstan Hava Qüvvələrində öz karyerasını davam etdirir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol