• $
  • €
  • ₽
  • ₺
  • £

İranda ABŞ jurnalistinə ittihamlar açıqlandı

İranda ABŞ jurnalistinə ittihamlar açıqlandı
21.04.2015 14:56
ABŞ "The Washington Post” qəzetinin Tehran bürosunun rəhbəri Jason Rezaian- a ittihamlar bəlli olub. Jurnalist casusluq, "düşmən ölkələrlə əməkdaşlıqda” ittiham olunur.

İttihamlar barədə vəkili Leyla Ahsan məlumat verib.

Rezaian həmçinin məxfi informasiya toplamaqda və İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda təqsirli bilinir.

Ahsan aprelin 20-də Frans Pres agentliyinə deyib ki, Rezaian-a qarşı ittihamların "əsaslandırılmış sübutu” yoxdur.

Ahsan aprelin 20-də Rezaian-la 90 dəqiqəlik görüş keçirib. Jurnalist ötən ilin iyulunda arvadı Yeganeh Salehi ilə birlikdə saxlanıb. O vaxtdan birinci dəfədir vəkillə görüşünə icazə verilib.

Salehi oktyabrda zaminə buraxılıb. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

İkili vətəndaşlığı olan Rezaian İranın Evin həbsxanasında saxlanır.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, Rezaian-ın casusluqda ittiham olunması barədə məlumatlar doğrudursa, bu "absurd”dur və ittihamlar "dərhal ləğv olunmalıdır”. /azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol