• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikalı alim beyin xərçəngi ilə bağlı xəbərdarlıq etdi

Amerikalı alim beyin xərçəngi ilə bağlı xəbərdarlıq etdi
05.05.2017 20:00
ABŞ alimləri bəyan ediblər ki, onlar şəkərlə baş-beyin və onurğa beyni xərçəngi arasındakı əlaqəni tapıblar.

anews.az bu barədə Sputnik Azərbaycan-a istinadla xəbər verir.

Tədqiqatı Ohayo Universitetinin əməkdaşları aparıblar. Tədqiqata Kompleks Xərçəng Mərkəzinin nümayəndəsi, professor Cudit Şvartsbaum rəhbərlik edib.

"Diabet və qanda qlükozanın yüksək səviyyəsi xərçəngin dərhal bir neçə orqanda və toxumalarda, xüsusilə də düz bağırsaqda, süd vəzində və sidik kisəsində inkişafı ehtimalını artırır. Lakin xərçəngə qanında şəkərin miqdarı az və ya normal olan insanlarda diabet xəstələrinə və qanında qlükoza artıq olan insanlara nisbətən daha tez-tez rast gəlinir”, – deyə Cudit Şvartsbaum (Judith Schwartzbaum) bildirib.

Onun sözlərinə görə, şəkərin səviyyəsinin yüksəlməsi beyin xərçəngi olan – qlioma riskini azaldır.

Qlioma geniş yayılmış baş-beyin və onurğa beyni xərçəngidir. Onun ilkin başlanğıcı sinir toxumaları yox, beyin toxumalarını birləşdirən, neyronları zədələnmədən, infeksiyalardan qoruyan və onları qida ilə təmin edən qliyada müşahidə edilir.

Xərçəngin bu forması müalicə olunmur. Faktiki olaraq qlioma daşıyıcıları şişin peyda olmasından maksimum 2 il sonra ölürlər.

Elmi dairələrdə belə bir fikir var ki, başdakı xərçəngin yaranmasına C vitamini və digər antioksidantların dietası səbəb ola bilər. Eyni zamanda beyin xərçənglərinin yaranmasına genetik proseslər, sitomeqalovirusa (herpes viruslar qrupuna aiddir) yoluxma da səbəb ola bilər

Tədqiqat müəllifinin sözlərinə görə, qanda və beyin toxumalarında şəkərin miqdarının az olması qliomanın — sinir toxumalarının bədxassəli şişlərinin yaranmasına səbəb ola bilər. Tədqiqatçılar bu nəticəyə İsveç və Avstraliyanın tibbi xəritəsini öyrənəndən sonra gəliblər. Həmin tədqiqat 15 ilə qədər uzanıb.

Mütəxəssislər qeyd edirlər ki, şəkərin səviyyəsinin dəyişməsi təkcə o demək deyil ki, insanda diabet inkişaf edir. Bu, onkoloji xəstəliklərin də inkişafına səbəb ola bilər. İnsan orqanizmində şişlərin erkən inkişaf dövrü qanda şəkərin miqdarının çatışmamasından irəli gəlir. Bu xəstəlik inkişaf etdikcə, pasientlərin qanında şəkər dərhal yüksəlməyə başlayır. Müşahidələr zamanı bu təzad alimlərin təəccübünə səbəb olub.

Şvartsbaum bildirib ki, onun rəhbərlik etdiyi tədqiqatın nəticəsi onkoloji xəstəliklərin erkən dövrdə inkişafını təyin etməyə kömək edəcək. Bu isə onun uğurlu müalicəsi üçün vacibdir.

Alim beyin xərçənginin yaranması və inkişafına bəhanə verməmək üçün insanları qanda şəkərin miqdarına diqqət etməyə, qidalanarkən C vitamini və digər antioksidantları ixtisar etməməyə çağırıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol