• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə dəniz minası aşkarlandı

Xəzərdə dəniz minası aşkarlandı
29.06.2018 13:01
Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə, Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə bir ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürülüb.

DSX-nin Mətbuat Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baxış keçirilib, mərminin dəniz minası olması təsdiqlənib, daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib.

Mina aşkarlanmış ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minasının aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunub.

Dəniz minası iyunun 28-də partladılma yolu ilə zərərsizləşdirilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açılanıb
Cəmiyyət 11:25
Faktiki hava açılanıb
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol