• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Adnan Oktar işi ilə bağlı araşdırma başladı - Müridləri ona qadın göndərirmişlər

Azərbaycanda Adnan Oktar işi ilə bağlı araşdırma başladı - Müridləri ona qadın göndərirmişlər
14.07.2018 18:11
Adnan Oktar işi ilə əlaqədar Azərbaycanda da araşdırma başlayıb. BakuPost xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Adnan Oktar təşkilatının Azərbaycandakı nümayəndəliyi də ifşa olunub.
Bu təşkilatın 200 azərbaycanlı üzvü olduğu bildirilir. Sözügedən şəxslərin Türkiyədə İbrahim Tuncer və Didem Ürerlə əlaqələri olduğu iddia edilir.


Türkiyə KİV-lərinin xəbərinə görə, təşkilata maddi və qadın dəstəyi verən Azərbaycan nümayəndəliyi Adnan Oktarın həbsindən sonra sosial media vasitəsilə ona dəstək olmağa başlayıb. Adnana dəstək verən azərbaycanlılar isə hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək, barələrində araşdırma başlayıb.


Qeyd edək ki, bir neçə gün əvvəl saxlanılan Oktar azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və cəsusluqda ittiham olunur.
Əməliyyat zamanı ona məxsus obyektlərdən çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.



Onu da əlavə edək ki, bir müddət əvvəl Azərbaycanda Adnan Oktarın tərəfdarlarının videosu yayılmışdı. Həmin videoda bir neçə şəxs Oktarı sevdiyini dilə gətirmişdi. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol