• $
  • €
  • ₽
  • ₺
  • £

DİM I və IV qruplar üzrə qəbul imtahanı keçirəcək

DİM I və IV qruplar üzrə qəbul imtahanı keçirəcək
16.07.2018 14:40
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Bu barədə Oxu.Az-a DİM-dən məlumat verilib.

İmtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılacaq. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda 26332 abituriyentin iştirakı gözlənilir. Onlardan 21734 abituriyent I qrup üzrə, 4598 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 24244 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 20125, IV qrup üzrə 4119 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1609, IV qrup üzrə 479 nəfər) məzunudur. Abituriyentlərin 15496 nəfəri oğlanlar (I qrup üzrə 14116 nəfər, IV qrup üzrə 1380 nəfər), 10836 nəfəri isə qızlardır (I qrup üzrə 7618 nəfər, IV qrup üzrə 3218 nəfər).

21425 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 4260 nəfər əvvəlki illərin məzunlarıdır. 67 nəfər ali təhsil müəssisələrinin, 580 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 115 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 12130, Naxçıvanda 859, Gəncədə 2626, Sumqayıtda 1732, Mingəçevirdə 1127, Şəkidə 1662, Bərdədə 947, Göyçayda 1162, Şirvanda 1372, Lənkəranda 1598, Xaçmazda isə 1117 abituriyentin imtahan verəcəyi gözlənilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol