• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin işə qəbulu üzrə imtahanlar başlayıb

Müəllimlərin işə qəbulu üzrə imtahanlar başlayıb
16.07.2018 17:38
Bu gündən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, imtahanlar 13 gün davam edəcək:

"İyul ayının 31 axırıncı test imtahanı keçiriləcək. Bu gün daxil olmaqla növbəti üç gün ərzində ibtidai sinif müəllimlərinin imtahanı nəzərdə tutulub. Daha sonra digər fənn müəllimlərinin imtahanı keçiriləcək.

Ümumilikdə müsabiqəyə 50 min 697 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərdən 46 min 839 namizədin elektron ərizəsi təsdiq edilib. Gün ərzində imtahanlar dörd mərhələ şəklində təşkil olunur və 90 dəqiqə davam edir. Bu müddət ərzində namizədlər 60 sualı cavablandırmalıdırlar”.

Murad Camalzadə qeyd edib ki, bir gündə 4 min nəfərə yaxın insanın imtahan verməsi üçün hər bir şərait yaradılıb:

"İmtahanın ilk günü ərzində namizədlərin davamiyyəti 90 faiz olub. Növbəti mərhələ vakant yerlərin seçim mərhələsidir. Test imtahanından keçənlər növbəti mərhələdə iştirak edə biləcəklər. Hazırda Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzi tərəfindən vakant yerlərin toplanması prosesi gedir.

Yerli təhsil idarəetmə orqanları vakant yerlər barədə məlumatları mərkəzə təqdim edirlər. Hazırda 6 mindən artıq vakant yer müəyyən edilib. Təxminən 500 ə yaxın vakant yer Bakı şəhəri üzrədir. Proses davam etdiyi üçün yekun rəqəm demək çətindir. Avqustun ikinci yarısında bütün proses tam olaraq yekunlaşacaq”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol