• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı ağaclara “kislota” tökülən əraziyə getdi

İcra başçısı ağaclara “kislota” tökülən əraziyə getdi
24.07.2018 10:55
Yasamal Rayon İcra başçısı Əziz Əzizov ağacların dibinə kimyəvi maddə tökülən ərazidə olub. 

İcra Hakimiyyətindən "Qafqazinfo”ya bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

"Məsələdən xəbərdar olan kimi icra başçımız dərhal ərazidə olub və tapşırıqlarını verib. Məsələylə bağlı lazımi tədbirlər görüləcək və səbəbkarlar mütləq cəzalandırılacaq. Bu, fərdi şəkildə törədilmiş bir hadisədir. Məsələylə bağlı İcra Hakimiyyətini qınamaq olmaz”.

Xatırladaq ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı informasiya haqda açıqlama yayıb. Bildirilib ki, ərazidə olan müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib. 
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə ağacların qurudulması məqsədilə diblərinə "kislota” tökülməsi ilə bağlı videogörüntülər də paylaşılmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol