• $
  • €
  • ₽
  • ₺
  • £

Nabranda itmiş uşaq oğurlanıbmış

Nabranda itmiş uşaq oğurlanıbmış
25.07.2018 09:20
Nabrandakı "Mayak"istirahət mərkəzində itkin düşmüş 3 yaşlı İsmayıl Novruzov  tapılsa da ailə üzvləri, yaxınları onun oğurlanması fikrində qalıblar.

İstiPress-in şimal bürosuma uşaq tapılmamışdan öncə uşağın oğurlandığını deyən əmisi Elnur Novruzov yenə həmin fikirdə olduğunu söylədi.

Uşağın babası İsmayıl Novruzov da hesab edir ki, adaşı olan nəvəsi oğurlanıb. Onun sözlərinə görə, axtarışların güclü olması uşaq oğrusunun əməlini yarımçıq qoyub: "İsmayıl oğurlanmışdı - istirahət mərkəzindən. Gördülər ki, aləm qarışıb, orqanlar, camaat axtarır, helikopterlər axtarır, gətirib atıb qaçıblar çayın içinə, çıxıblar aradan".

Baba söylədi ki, hadisədən bütün ailə şok keçirib, istirahətə getmələri onlara böyük stress yaşatdı. İsmayıl Novruzovun sözlərinə görə, nəvəsini bu gün həkimə aparıblar, güclü stress keçirib uşaq, travma da alıb: "Uşağı yerə atanda əzilib, qabırğasında əzilmə var, müalicəyə başlamışıq".

Amma baba söylədi ki, heç bir inzibati orqana müraciət etməyib, yarasını təzələmək istəmir. Çünki Nabran səfəri onlara böyük bir  şok yaşadıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol