• $
  • €
  • ₽
  • ₺
  • £

Sahib İbrahimov keçmiş nazirə də “atıb” - Yeni detallar

Sahib İbrahimov keçmiş nazirə də “atıb” - Yeni detallar
04.08.2018 11:10
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun həbs edildiyini xəbər vermişdik. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə başladılan cinayət işi ilə bağlı yeni detallar məlum olub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.İbrahimovun zərərçəkmişlərindən biri də sabiq nazirdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Füzuli Ələkbərov "İmprotex Motors” şirkətinin avtosalonları üçün S.İbrahimovdan obyektlər alıb. Həmin qeyri-yaşayış obyektləri yeni yaşayış binalarının birinci mərtəbəsində yerləşib. F.Ələkbərov burada öz şirkəti vasitəsilə ölkəyə gətirdiyi "BMW” markalı avtomobilləri satmağı planlayıb.

Lakin bir müddət sonra məlum olub ki, S.İbrahimovun verdiyi sənədlər saxtadır və həmin obyektlər "Sahil-D” şirkətinə məxsusdur.

İstintaqın gedişi zamanı S.İbrahimova qarşı yeni ittiham da irəli sürülüb. Belə ki, o, həm də Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, "Sahil-D” şirkətinin direkotru Sahil Cahangirli eyni mənzilin bir neçə nəfərə satılmasına görə həbs edilib. Şirkətin həmtəsisçisi və S.Cahangirlinin dayısı İlham Qasımov milyonçu şair Gülağa Tənhaya 19,5 milyon manat "atmaqda” ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Qasımov, həmçinin "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol