• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı həkim 25 illik korun gözlərini açdı

Azərbaycanlı həkim 25 illik korun gözlərini açdı
05.08.2018 21:51
Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulan qızı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.
"Qafqazinfo”nun "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Bakıda özəl xəstəxanalardan birində çalışan Əlizadə Türkiyə həkimlərinin qurduğu "Könüllülər dərnəyi”nin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi "Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkim qrupu tərkibində Nigerə gedib. 

O, 25 ildir kor olan Xədicə Şəfahət adlı qadını müayinə edərkən gözündə katarakta (mirvari suyu) olduğunu öyrənib.
"Xədicə xanım gözləri görməyən uşağını əməliyyat üçün yanıma gətirdiyində qəribə baxdığını gördüm. Diqqətlə baxanda gözündə ağ katarakta olduğunu anladım. Xəstəni təcili əməliyyat edərək gözlərinə linza qoyduq. O, bir gün sonra gözlərini açanda qüsursuz şəkildə dünyanı, övladını, həyat yoldaşını görə bildi. İlk öncə ətrafına qəribə baxışlarla baxıb ağladı. Gözlərini açdıqda necə güləcəyini bilmirdi. Bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur”, - deyə Mehriban Əlizadə bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol