• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti pullu yolla bağlı yerli icra hakimiyyəti ilə əlaqə saxlayıb – VİDEO

Nazirlər Kabineti pullu yolla bağlı yerli icra hakimiyyəti ilə əlaqə saxlayıb – VİDEO
08.08.2018 16:19
Xəbər verdiyimiz kimi, Şəki şəhərində uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxsin körpüdən istifadəyə görə, hər sürücünün 1 AZN pul ödəməli olduğu haqda tapşırıq verib.

Bəs sahibkarın bu addımı nə dərəcədə doğrudur?

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı "bizimyol.info"ya açıqlama verən yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən addımın dələduzluq, soyğunçuluq və tamahkarlıq olduğunu bildirib:

" O adam doğrudan da kəndi, eli, obası üçün faydalı bir iş görmək istəyirdisə, bunu xeyriyyə adı ilə də etmək olardı. Yoxsa hansısa körpü xarab olub və mən onu düzəldib pullu edirəm, bu artıq biabırçılıqdır. Mən həmin insanı araşdırmışam. O, uzun illər meşələri qırıb və yerində istirahət mərkəzi tikdirib. Heç kim ona bir söz deməyib. İndi bu şəxs öz obyektinə gələn müştəri üçün yol düzəldib və ondan da pul alır. Yəni tamahkarlığın həddinə baxın ki, bu adam öz obyektindən qazandığı pul ilə kifayətlənməyərək körpüdən keçid üçün də pul ilə edib. Bu, dələduzluq, soyğunçuluq və tamahkarlıqdır. Həmin şəxsin fəaliyyəti araşdırılmalı və ona inzibati cəza tətbiq olunmalıdır. Adam öz millətinə düşmən kəsilməz”.

Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli isə məsələyə münasibət bildirərək sözügedən halın təsadüf ola biləcəyini vurğuladı:

"Bununla bağlı hətta Şəki İcra Hakimiyyəti ilə də əlaqə saxlamışıq. Bir nəfər təsadüfən orada durub kimdənsə pul istəyə bilər. Ora heç körpü də deyil. Sadəcə olaraq borunun üzərinə daş, torpaq tökülüb. Çünki digər tərəfdə istirahət üçün obyekt var. O sahibkar özü həmin əraziyə gedib-gəlmək üçün şərait yaradıb. Amma orada durub pul istəməyə nə sahibkarın ixtiyarı var, nə də başqa birinin. İcra Hakimiyyətindən də dedilər ki, bu, ola bilər ki, təsadüfdür. Sözügedən halın davamlı olması mümkün deyil”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol