“Lotu Quli”nin adamları Ukraynada güllələndi

Qazaxıstanın güc strukturları azərbaycanlı "vor zakon” Nadir Səlifovun ("Lotu Quli”nin) kriminal klanının öz nüfuz dairəsini Qazaxıstana yaymaq cəhdinin qarşısını alıblar. Qazaxıstan KİV-ləri xəbər verir ki, DİN və MTK-nın Akmola vilayəti ərazisində birgə həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində odlu silahın və narkotik vasitələrin qeyri-qanuni saxlanmasında şübhəli bilinən Azərbaycan vətəndaşı, 1986-cı ildə anadan olmuş Əliyev Orxan Qulu oğlu saxlanılıb.
Məlum olub ki, Orxan Əliyev keçmiş sovet məkanının kriminal dünyasının liderlərindən biri olan "vor zakon” Nadir Səlifovun emissarıdır. Orxan Əliyev Qazaxıstana 2018-ci ilin iyul ayının 5-də gəlib və ona ölkədə Səlifovun nəzarəti altında olacaq gizli cinayətkar dəstə yaradılması və azərbaycanlı millətindən olan iş adamlarına onun qəyyumluğunun sırınması tapşırlıb.
Saxlanıldığı ana qədər Orxan Əliyev Astana, Akmola, Kostanay və Şimali Qazaxıstan vilayətlərində azərbaycanlı sahibkarlarla bir sıra görüşlər keçirib və onları mütəmadi olaraq "xərac” verməyə məcbur edib.
2013-2015-ci illərdə xüsusi xidmət orqanlarının genişmiqyaslı əməliyyatı nəticəsində ölkədə kriminal dünyanın nümayəndələrinin fəaliyyətinin neytrallaşdırılmasından sonra bu, Qazaxıstanda kriminal aləmin ilk belə iri aksiyasıdır.
O vaxt transmilli cinayətkar cəmiyyətlərin yaradılması, onlarda iştirak və maliyyələşdirilməsi ittihamları ilə 59 kriminal element mühakimə olunmuşdu. Mühakimə olunanlar arasında həmin dəstələri himayə edən hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri də vardı. Bir sıra "vor zakon”lar beynəlxalq axtarışa verilib ki, onların arasında M.Canqveladze ("Merab Suxumski”), K.Kolbayev ("Qamçı”), S.Əhmədov ("Samara”) da var. Bu şəxslər "kriminal kassa”nın yığımı üzrə cinayətkar fəaliyyətə bilavasitə rəhbərliyi həyata keçiriblər.
Qeyd edək ki, son günlər Ukraynada da əsl kriminal müharibə başlayıb. Burada "Lotu Quli” ilə Oleq Bakinskinin kriminal klanları toqquşub. "Razborka”ların nəticəsində Azərbaycan vətəndaşları Salman Əsgərov və Davud Ağayev öldürülüblər.
www.anews.az
Son xəbərlər 
Daha çox 























