Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 53 347 nəfər yoluxub. Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 781 799 nəfərə çatıb. Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 770 nəfər ölüb, ölənlərin ümumi sayı 179 765 nəfər təşkil edir.www.anews.az