• $
  • €
  • ₽
  • ₺
  • £

Banklardakı əmanətlər bu məbləğə qədər sığortalana biləcək

Banklardakı əmanətlər bu məbləğə qədər sığortalana biləcək
11.12.2020 17:08
"Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilir.

Anews.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

"Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, "Əmanətlərin tam sığortalanması” Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləğinin üç dəfədən çox artırılması təklif olunur. Başqa sözlə, gələn il aprelin 5-dən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin, 20 min manatdan çox olmamaq şərti ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri sığortalanacaq. O cümlədən notariusun depozit hesablarında qalmış fiziki şəxslərə məxsus vəsaitlər də tam məbləğdə sığortalanacaq.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol