• $
  • €
  • ₽
  • ₺
  • £

Evdə müalicə alan COVID-19-lu xəstələrə dərmanların verilməsi dayandırılıb? - Rəsmi CAVAB

Evdə müalicə alan COVID-19-lu xəstələrə dərmanların verilməsi dayandırılıb? - Rəsmi CAVAB
14.12.2020 15:01
Səhiyyə Nazirliyi evdə müalicə alan koronaviruslu xəstələrə dərmanların verilməsinin dayandırılması, yalnız şəhid ailələrinə bu dərmanların verilməsi barədə səslənən fikirlərə aydınlıq gətirib.


Səhiyyə Nazirliyinin (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə APA-ya bildirib ki, nazirliyin qərarına əsasən, evdə müalicə olunan xəstələrə yalnız vitaminlər verilir: "Əhali yanlış olaraq düşünür ki, biz koronavirusun müalicəsi üçün lazım olan və olmayan bütün dərmanları veririk. Halbuki nazirlik tərəfindən verilən dərmanlar yalnız Vitamin C, Vitamin D, maqnezium, selen, sink və hərarət salmaq üçün parasetamol dərmanlarıdır”. 


Onun sözlərinə görə, kompleks vitaminlər ona görə verilir ki, insanlar az simptomlu, yüngül gedişatlı xəstəlik zamanı yalnız vitamin kompleksi və hərarəti salmaqla fəsad olmadan yaxşı nəticə əldə etsin: "Amma bizdə bəzi adamlar özlərinə antibiotiklər, dərmanlar təyin edirlər və tələb edirlər ki, bu dərmanlar verilsin. Bu, çox yanlış fikirdir, düzgün deyil. Həkimlə məsləhət etmədən heç bir dərman qəbul edilməməlidir, xəstə həkimin nəzarətində olmalıdır ki, müalicə necə aparılsın, nələr edilsin və s”.


S. Babazadə qeyd edib ki, poliklinikalar tərəfindən yalnız ilkin mərhələdə az simptomlu insanların hamısına həmin dərman kompleksi verilir: "Dərmanların yalnız şəhid ailələri, imtiyazlı ailələrə verilməsi ilə bağlı qərarlar yoxdur. Evdə müalicə olunma ilə bağlı əvvəlki qərar davam edir. Əgər bir xəstədə ağırlaşma olubsa, ona hansısa daha ağır müalicə lazımdırsa, bu, o deməkdir ki, həmin xəstə stasionara getməlidir. Bir ailənin bir neçə üzvü virusa yoluxubsa və xəstəliyi yüngül simptomlarla keçirirsə, hər birinə evdə müalicə üçün lazım olan dərmanlar verilir. 


Bu xəstəlikdə ən birincisi panikaya düşmək lazım deyil. İkincisi, virusa yoluxan şəxslər sahə həkimləri ilə əlaqə saxlamalıdılar. Əlaqə saxladıqdan sonra həkimlə məsləhət almadan bu xəstəliyə başqa heç bir müdaxilə olunmamalıdır. Vitaminlərin verilməsinin məqsədi də yalnız immuniteti gücləndirməkdir”. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol