• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslar saat neçəyə qədər işləyəcək? - AÇIQLAMA

Avtobuslar saat neçəyə qədər işləyəcək? - AÇIQLAMA
14.12.2020 17:28
Məlumdur ki, hərbi vəziyyətin tətbiq edildiyi dövrdə komendant saatı tətbiq edilən ərazilərdə ictimai nəqliyyat axşam saat 21:00-a qədər işləyib. Bu gün isə sərnişinləri maraqlandıran əsas məsələ sərt karantin dövründə avtobusların hansı saata qədər işləyəcəyidir. Sürücülər isə sərnişinlərə bu barədə məlumatlı olmadıqlarını bildirirlər.


Anews.az məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevdən münasibət öyrənib.


O bildirib ki, paytaxtda sərnişindaşımaların təşkili ilə bağlı bütün zəruri tədbirlər görülür:


"Bildiyiniz kimi, hazırda müntəzəm xətlərlə yanaşı, ekspress xətlər üzrə də avtobuslar fəaliyyətdədir. Adi rejimlə müqayisədə 20 % daha çox avtobus xətlərə buraxılıb. Komendant saatı artıq ləğv edildiyindən avtobuslar hərbi vəziyyətə qədər ki dövrə uyğun qrafiklə çalışır.


Yəni müntəzəm xətlər sərnişin axınına uyğun olaraq gecə saat 23:30 bəzən daha artıq müddətə ekspress xətlər üzrə isə 21:00-a qədər çalışır. Amma bəzən ekspress xətlər də 21:30-dək çalışır. 


Sərnişindaşımaların əsasən avtobuslarla icra olunduğu indiki vaxtda avtobusların sərbəst hərəkəti olduqca vacibdir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş saxlasınlar.


Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, postlar ətrafında da sıxlıqlar yaranmasın”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol