• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı hərbçilər mühasirəyə düşən ermənilərə səsləndi: "İki yolunuz var"

Azərbaycanlı hərbçilər mühasirəyə düşən ermənilərə səsləndi: "İki yolunuz var"
16.12.2020 17:12
Hadrutda mühasirəyə düşən erməni əsgərlərdən birinin qardaşı hərbçilərin Azərbaycan Ordusu ilə üzləşəndə yaşadıqları hadisəni danışıb.

Yeniavaz.com xəbər verir ki, Hadrutdan qayıdan erməni hərbçilərdən birinin qardaşı "Sputnik Armenia”ya müsahibə verib. O, Hadrutun Çaylaqqala və Köhnə Tağlar kəndlərində qəfil Azərbaycan Ordusu tərəfindən mühasirəyə alındıqlarını bildirib:

"Təxminən 20 gün əvvəl bir qrup könüllü yığılıb Hadrutun Çaylaqqala və Köhnə Tağlar kəndləri yaxınlığındakı postlara yerləşdirildi. Daha sonra Azərbaycan silahlı qüvvələri hücum etdi, oradakı ermənilərdən bəziləri mühasirəyə alındı. Döyüşlərdə bir neçə nəfər yaralandı. Ətraf tamamilə duman idi. Duman çəkiləndə 600-ə yaxın Azərbaycan əsgərinin erməni mövqelərini mühasirəyə aldığı məlum olur. Onlardan biri bizimkilərə yaxınlaşdı və bizi öldürmək istəmədiklərini dedi. Bizə təklif etdi ki, iki seçiminiz var. Ya döyüş davam edəcək, ya da sülhməramlıların müşayəti ilə bizi buraxacaqlar”. 

Erməni şəxs müsahibəsinin davamında həmçinin bildirib ki, sosial şəbəkələrdə ermənilərin kütləvi şəkildə əsir düşməsi ilə bağlı yayılan video yanlış təqdim olunub. Həmin ermənilər Rusiya sülhməramlılarının müşayəti ilə xilas olan erməni əsgərləridir. Qalan digər erməni əsgərlərinin isə əsir düşmədiklərini, döyüşdə öldürüldükləri qeyd olunub. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol