• $
  • €
  • ₽
  • ₺
  • £

Sms icazə sistemindən istifadədə saxtakarlıq edənlər tutulub- VİDEO

Sms icazə sistemindən istifadədə saxtakarlıq edənlər tutulub- VİDEO
21.12.2020 15:53
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar əsasında ayrı-ayrı vətəndaşları "icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəbəkə üzvləri ifşa ediliblər. Tədbir zamanı müəyyən edilib ki, "24 Taxı” şirkətinin müdir müavini Yaqub Qafarov tanışları Roman Novruzov, Pərvin Rəhimli, Natiq Qubadov və Natiq Rzayevlə birlikdə qanunsuz yollarla vətəndaşları icazə portalından qeydiyyatdan keçiriblər. Bunun üçün R.Novruzov, P.Rəhimli, N.Qubadov və N.Rzayev onlara karantin zamanı sərbəst hərəkət etmək üçün müraciət edən şəxslərin sənədlərini toplayaraq Y.Qafarova təqdim ediblər. Sonuncu isə öz növbəsində 150 manat müqabilində həmin şəxsləri rəhbərliyində təmsil olunduğu şirkətdə kuryer, sürücü kuryer və taksi sürücüsü kimi qeydiyyatdan keçirib. Bu yolla şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 60-a yaxın vətəndaşın hər birindən 150 manat almaqla onları onları saxta sənədlər əsasında "icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.

Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Qeyd edilən şirkətin ofisinə baxış zamanı eyni məqsədlər üçün hazırlanmış saxta arayışlar, bank kartları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Həmçinin bu şəxslərin sosial şəbəkələrdə öz aralarında danışıqları araşdırılan zaman da dəstə üzvlərinin etdikləri qanunsuz əməllər bir daha öz təsdiqini tapıb.

Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 


Daxili İşlər Nazirliyi bir daha vətəndaşların nəzərinə çatdırır ki, operativ qərargahın müəyyən etdiyi qadağalara və məhdudiyyətlərə, həmçinin karantin rejiminin təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında ciddi hüquqi məsuliyyət tədbirləri görülür. Tətbiq edilən bütün məhdudiyyətlər hər bir vətəndaşın sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol