• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsi qazisi Elçin Ələkbərova yardım olunacaq - FOTO

Vətən müharibəsi qazisi Elçin Ələkbərova yardım olunacaq - FOTO
27.12.2020 17:20
Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə, baş idarənin Rayon Gənclər və İdman idarələri ilə iş və kadrlar sektorunun müdiri Gündüz Vəliyev, Boccia İdman Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Kazımova, Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə, Boccia İF assistenti Nərgiz Kərimova dekabr ayının 27-də Qazi İlkin Ələkbərovu ziyarət etmişdilər.

İlkin Ələkbərov oktyabrın 4-də Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. Snayperdən açılan mərmi nəticəsində başının sol hissəsi yaralanmış İlkinin bədənində çoxsaylı qəlpələr var.

Qazimizin atası Elçin Ələkbərov da I qrup əlil olub. O, Birinci Qarabağ müharibəsində iştirak edib və ağır yaralanıb. Qazimizin hər iki valideyni vəfat edib. Əslən Neftçala rayonundan olan İlkin Ələkbərov hazırda özündən yaşca kiçik olan iki qardaşı ilə birgə Salyan rayonunda xalasının himayəsində yaşayır.

Qeyd edək ki, İlkin Ələkbərov 22 yaşındadır. O, Rabitə və Nəqliyyat kollecini bitirib. O, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Bildirilib ki, İlkin Ələkbərov uşaqlıqdan Neftçala rayonunda yaşayıb. Qazimizin Atası Elçin Ələkbərov 2007-ci ildə ev üçün Neftçala rayon icra hakimiyyətinə dəfələrlə müraciət edib, lakin bir nəticəsi olmayıb.
2020-ci il 5 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Mirhəsən Seyidov icra başçısı təyin edildikdən sonra yenidən müraciət olunub və biz inanırıq ki, müraciətimizə baxılacaq.

Həmçinin, İlkinin xalası və yoldaşı tərəfindən Salyan rayon İcra Hakimiyyətinə də müraciət olunub. İcra Hakimiyyətinin əməkdaşları gəlib İlkinlə maraqlanıblar. Sadəcə olaraq ev məsələsinin bir daha gözdən keçirilməsi xahiş olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol