• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyaya qanunsuz yolla keçmək istəyən vətəndaşlar saxlanılıb

Almaniyaya qanunsuz yolla keçmək istəyən vətəndaşlar saxlanılıb
29.12.2020 13:09
Almaniyaya qanunsuz yolla daxil olan azərbaycanlılar saxlanılıblar.

Anews.az "Report" - a istinadən xəbər verir ki, 29 və 36 yaşlı azərbaycanlı qadın və həyat yoldaşı Türkiyə şirkətlərindən birinə aid TIR-ın yük yerində Çexiyadan Almaniyaya keçərkən federal Almaniya polisi tərəfindən yoxlama zamanı saxlanılıblar.

TIR-ın yük yerində azərbaycanlılardan başqa iki Əfqanıstan və bir Suriya vətəndaşı da olub. Kimlik yoxlaması azərbaycanlıların üzərindən Türkiyə Cumhuriyyətinə aid şəxsiyyət vəsiqəsi və pasport çıxıb.

Saxlanılan şəxslər əraziyə gələn miqrasiya idarəsinin əməkdaşlarına təhvil veriliblər. Onların Almaniyaya qanunsuz giriş səbəbləri öyrənildikdən sonra idarə məhkəməsinin müvafiq qərarı ilə ölkədən deportasiya edilmələri gözlənilir.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu ilin yanvar ayından indiyə kimi təkcə sərhəd yoxlamaları zamanı Almaniyaya qanunsuz yollarla girməyə çalışan üç minə yaxın əcnəbi saxlanılıb. Onların əksəriyyəti sürətli deportasiya proseduru ilə ölkələrinə qaytarılıblar.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol