• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “pinqvin” torbalardan istifadə qadağan edildi - RƏSMİ

Azərbaycanda “pinqvin” torbalardan istifadə qadağan edildi - RƏSMİ
07.01.2021 11:17
"Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azaldılması, alternativlərdən istifadə olunmasında maraqlıdırlar”.

Anews.az "report”a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.

Onun sözlərinə görə, alternativlər kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır: "Müxtəlif çeşiddə hər büdcəyə uyğun alternativlər var. Orta müddətlə 15-20 dəqiqə istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər veririk”.

Şöbə müdiri xatırladıb ki, qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq yanvarın 1-dən qüvvəyə minib: "Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz, "pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar da aiddir. Niyə sırf belə torbalar qadağan edilib sualına gədikdə isə, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir. Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda belə torbalar bilirsiniz ki, daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qida ilə qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol