• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən Müharibəsində görmə qabiliyyətini itirən Bəhmanın atası DANIŞDI - FOTO

Vətən Müharibəsində görmə qabiliyyətini itirən Bəhmanın atası DANIŞDI - FOTO
07.01.2021 17:26
Bu gün sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri Vətən Müharibəsi qazisi Bəhman Musayevin bu fotosudur.

Yeniavaz.com-a açıqlama verən qazinin atası Natiq Musayev bildirib ki, B. Musayev noyabr ayının 3-də yaralanıb:

"10 noyabrda gecə saatlarında Bəhmanın komandiri telefonla əlaqə yaratdı və bildirdi ki, övladınız yaralanıb. Sonradan özü ilə danışanda bizə dedi ki, noyabr ayınını 3-də yanına qəlpəli mərmi düşüb və nəticədə yaralanıb. Noyabrın 4-də isə "Papanin”ə(Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) gətirilib. 2-3 dəfə özünün istəyi ilə telefonda danışmışıq. Ancaq onun istəyi ilə görüş mümkündür. Bir dəfə görüşmüşük. Bu gün bibisi də onunla görüşəcək. Klinikanın həkimləri bildirirlər ki, Bəhmanın müvafiq sənədləri xarici ölkələrdən birinə göndərilib. Mülaicəsi üçün ya xaricdən mütəxəssis gələcək, ya da Bəhman xaricə göndərilicək”.
N. Musayev bildirib ki, Bəhman 2001-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib: "2019-cu il oktyabr ayının 7-də hərbi xidmətə yollanıb. Döyüşlər başlayan andan Suqovuşanda və digər ərazilərdə aktiv iştirak edib”.

Qeyd edək ki, hazırda da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında mülaicə alan B. Musayevin hər iki gözü görmə qabiliyyətini itirib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol