• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın qəbul etmədiyi məhsullar vətəndaşlarımız üçün təhlükəlidirmi? - AÇIQLAMA

Rusiyanın qəbul etmədiyi məhsullar vətəndaşlarımız üçün təhlükəlidirmi? - AÇIQLAMA
15.01.2021 17:33
"Zərərverici bitkidə olan, bitkinin məhsuldarlığına və keyfiyyət parametrlərinə təsir edən, onun məhsuldarlığını aşağı salan təbiətdə mövcud olan varlıqdır. Söhbət burada məhsulun insan üçün təhlükəli olmağından getmir”.

Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı danışarkən deyib. 

E.Mikayılov bu məhsulların daxili bazarda satışının heç bir zərərinin olmadığını əlavə edib və bildirib ki, nə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, nə də Rusiya Federasiyasının müvafiq qurumu məhsulun insan üçün təhlükəli olduğunu demir: 

"Xüsusilə də, "tuta absoluta” zərərvericisi təkcə mədəni bitkilərdə deyil, eyni zamanda, meşələrdə də olur. Zərərvericinin mövcudluğu təkcə bu regiona şamil edilmir. Bizdə son 10-15 il ərzində müşahidə olunsa da Avropanın ən inkişaf etmiş ölkələrində - İtaliya, İspaniya, Böyük Britaniya və Fransada da mövcuddur.  

Bu, məhsulun təhlükəsizlik göstəricisi ilə bağlı deyil, sadəcə onun məhsuldarlığına təsir edən zərərvericidir. Rusiya Federasiyası bunu bizim üçün yeni bir hal kimi təqdim etmir. Uzun illərdir ki, Azərbaycana Rusiya Federasiyası tərəfindən notifikasiya göndərilir. Son 10 ili götürsək notifikasiyalarda zərəvericilərin 20-30 ətrafında yük partiyalarında olması faktı qeyd edilir. Həmçinin, AQTA da bu zərərvericinin olması ilə bağlı konkret faktlar müəyyənləşdirib”.

Qurumun Aparat rəhbərinin sözlərinə görə, yalnız məhdud sayda istilikxanalarda bu zərərvericinin mövcudluğu halları müəyyən edilib:

"Belə hallar müəyyənləşdirildikdə AQTA Kənd Təsərrüfatı Nazirliyi, sahibkarlarla birlikdə kimyəvi, bioloji və müxtəlif üsullarla həmin zərərvericinin aradan qaldırılması ilə bağlı tətbirlər görülür”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol