• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır

Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır
18.01.2021 09:30
Azərbaycanda bu gündən koronavirusa qarşı vaksinasiyaya başlanılır. 

Anews.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.

Bunun üçün Azərbaycana 4 milyon doza "Sinovac” peyvəndinin gətirilməsi nəzərdə tutulub.

Vaksinasiya iki mərhələ üzrə aparılacaq. Birinci mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.

İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupuna (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar) aid olan şəxslər, yaşı 50 və daha yuxarı olan və ən az bir xroniki xəstəliyi olanlar, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərə peyvənd tətbiq ediləcək

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol