• $
  • €
  • ₽
  • ₺
  • £

Murov dağının altından Kəlbəcərə 12 km tunel çəkiləcək - RƏSMİ

Murov dağının altından Kəlbəcərə 12 km tunel çəkiləcək - RƏSMİ
18.01.2021 14:05
Kəlbəcər yolunun inşasına Göygöl rayonunun Toğanalı kəndindən start verilib. Yol Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətlərinə kimi uzanacaq.


Anews.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.


Onun sözlərinə görə, yolun uzunluğu təxminən 190 km-ə yaxın olacaq:


"Əlavə olaraq layihə işləndikcə avtomobil yolunun uzunluğu dəyişə bilər. Təqribi desək, yolun Toğanalı-Kəlbəcər istiqamətində olan hissəsinin uzunluğu 74 km olması nəzərdə tutulur. 28 km Kəlbəcər-İstisu istiqamətinə, 87 km Kəlbəcər- Laçın istiqamətinə düşür. Layihənin ilk 4,5 km hissəsi Toğanalı kəndinin içərisindən keçir”. 


Qurum sözçüsü əlavə edir ki, layihənin 7, 10 və 13-cü kilometrliyində mövcud çay körpüləri yerləşir. Onlar yararsız vəziyyətdə olduğu üçün yeni körpülərin layihəsinin hazırlanması və tikintisinə dair işlərin də paralel olaraq həyata keçirilməsi nəzərdə tutulur.


A.Nəcəfli Murov dağı silsiləsinin altından tunellərin inşasının nəzərdə tutulduğunu da vurğulayıb:


"Layihənin 16 kilometrliyindən Murov dağı silsiləsi başlanır. Həmin yüksəklik 1900, 3250, hətta bəzi yerlərdə 3500 metrə qədər artır. Buna görə də Murov dağı silsiləsinin altından ümumi uzunluqları təxminən 10-12 km-lik tunellərin inşası nəzərdə tutulur.


Tunellərdə isə hərəkət zolaqlarının sayının 4-ə qədər artırılması planlaşdırılır. Hazırda layihədə axtarış, geologiya və ilkin qiymətləndirilmə işləri aparılır.


Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Murov dağı silsiləsinə qədər olan 14 km-lik hissədə isə artıq müəyyən işlərə başlanılıb.


Layihənin keçdiyi ərazidə sərt dağlıq və qayalıq relyefin olması nəzərə alınaraq, yolun hərəkət hissəsinin iki zolaqdan başlayaraq, yoxuşlarda əlavə zolaq verilməklə layihələndirilməsi nəzərdə tutulur. Yəni, yol iki-üç zolaqlı olacaq”.(bizimmedia)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol