• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib!

Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib!
18.01.2021 14:35
Sosial yönümlü layihələrə böyük önəm verən Azercell şirkətinin Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində fəaliyyətlərini davam etdiriblər. "Azercell Telekom” MMC-in təşəbbüsü və dəstəyi ilə yaradılan klinikanın həkimləri koronavirus pandemiyasının (COVİD-19) dünyada tüğyan etdiyi ağır dövrdə belə ölkə üzrə bir çox internat məktəblərinə, uşaq evlərinə, aztəminatlı ailələrin yaşadığı məkanlara səfər edərək yüzlərlə ehtiyacı olan insana yardım ediblər. 

Azercell-in Mobil Göz Klinikası sentyabr ayında Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən "Nur” uşaq evini, Yasamal rayon Əlillər Təşkilatı İctimai Birliyini və Xaçmaz rayonunda fəaliyyət göstərən uşaqlar üçün İcma əsaslı Sosial Reabilitasiya mərkəzini ziyarət edərək körpələrə və sağlamlıq imkanları məhdud şəxslərə təmənnasız tibbi xidmət göstərib. 

8 oktyabr "Ümumdünya Görmə Günü” münasibətilə Azercell-in Mobil Göz Klinikası torpaqlarımızın müdafiəsində cəsurca dayanaraq şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinə, birinci Qarabağ müharibəsi iştirakçılarına və qazilərimizə, eləcə də 30 ilə yaxın öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımıza  qapılarını  açaraq onlar üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edib. 

Noyabr ayının 24-ü klinika məcburi köçkünlər üçün salınmış "Qobu Park” qəsəbəsinə səfər edib. "Azercell Telekom” MMC, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və "Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə həyata keçən sosial aksiya zamanı Azercell-in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirib, görmə qabiliyyəti zəif olan vətəndaşlara isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın "Fuji Optical” şirkətinin ianə etdiyi yüksək keyfiyyətli optik eynəklər paylanılıb.
 
2020-ci il ərzində 161 insana ödənişsiz göz müayinəsi və müalicəsini təşkil edən Azercell-in Mobil Göz Klinikası, 9 illik fəaliyyət dövrü ərzində 7125 vətəndaşımıza təmənnasız tibbi yardım göstərib. 

Ən müasir  avadanlıqla təchiz olunmuş Azercell-in Mobil Diş Klinikası da pandemiya şəraitində çalışaraq təkcə avqust və sentyabr aylarında Pirallahı qəsəbəsində 200-dən çox xəstəni müayinə və müalicə edib. 2010-cu ildən etibarən fəaliyyətə başlayan klinika bu günə kimi ümumilikdə 8006 nəfərə xidmət göstərib.

Xatırladaq ki, hər iki klinikada müayinə və müalicə tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin həkimləri tərəfindən həyata keçirilir. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol