• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib

Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22.01.2021 16:25
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 22-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevlə görüşüb.

Dövlət Komitəsinin sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli ordumuzun gerçəkləşdirdiyi "Dəmir yumruq” əks-həmlə əməliyyatı nəticəsində Ermənistanın hərbi qüvvələri işğal edilmiş ərazilərdən qovulub. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, keçmiş məcburi köçkünlərin beynəlxalq hüquqda təsbit olunmuş hüquqlarından istifadə edərək doğma torpaqlarına qayıtmağı üçün şərait yaranıb.

Qeyd edilib ki, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərdə ermənilər tərəfindən misilsiz vandalizm aktları törədilib. Xalqımızın maddi-mədəni irsi olan tarixi-dini abidələr, məscidlər məhv edilib, yaşayış məskənləri dağıdılıb. Bununla tarixi saxtalaşdırmağa çalışan ermənilər həmin ərazilərin azərbaycanlıların qədim yurd yeri olduğu ilə bağlı izləri silmək məqsədi güdüblər.

Prezident İlham Əliyevin tapşırığı ilə təhlükəsizlik tədbirləri görülür, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar işlər aparılır. Bərpa-quruculuq işləri başlayıb, kommunikasiya, rabitə, yol infrastrukturu yenidən qurulur. Eyni zamanda, abidələr, tarixi əhəmiyyət daşıyan tikililər bizim çoxəsrlik memarlıq nümunələri əsasında yenidən bərpa ediləcək. İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi keçmiş məcburi köçkünlərin ləyaqətlə və təhlükəsiz şəkildə ata-baba torpaqlarına qayıdıb, yeni həyata başlamasına şərait yaradacaqdır.

Nəzərə çatdırılıb ki, münaqişənin ilk illərində məcburi köçkünlərlə bağlı humanitar layihələr həyata keçirən beynəlxalq təşkilatların dəstəyinə yenə də ehtiyac var.

BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev bildirib ki, işğaldan azad edildikdən sonra Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri ilə birgə Füzuli rayonuna səfər edib. O, müxtəlif ölkələrdə dağıdılmış yerlərə səfər etdiyini, lakin Füzuli rayonundakı kimi dağıntı ilə heç bir yerdə rastlaşmadığını bildirib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi çərçivəsində kəhrizlərin bərpa edilməsi üçün bu il yeni üsulun tətbiq ediləcəyi diqqətə çatdırılıb və layihənin icrasının işğaldan azad edilmiş ərazilərdə də davam etdirilməsi təklif edilib. V. Georgiyev qeyd edib ki, əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Böyük Qayıdışla bağlı müxtəlif layihələrin icra edilməsi üçün səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol