• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyevin mövqeyi, STM-in güzgüsü və diplomatlar...

Hikmət Hacıyevin mövqeyi,  STM-in güzgüsü  və diplomatlar...
26.01.2021 10:43
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Vaşinqtondakı Atlantik Şurasının (Atlantic Council) təşkil etdiyi internet-seminarda iştirakı zamanı seminar iştirakçıları-keçmiş amerikalı səfirlər Hikmət Hacıyevə Qarabağ müharibəsinin yekunlarına əsasən regionda yaranmış yeni situasiya və Azərbaycanın sonrakı planları barədə suallar veriblər. H.Hacıyev həmin suallara ətraflı cavablar verib.

Mənə maraqlı Azərbaycan hökumətinin ATƏT-in Minsk Qrupu ilə bağlı rəsmi mövqeyidir.

Seminarın gedişində Minsk Qrupunun sonrakı taleyi barədə də danışılıb. H.Hacıyev qeyd edib ki, Minsk Qrupunun Azərbaycanda nüfuzu çox aşağıdır, çünki 30 il ərzində münaqişənin nizamlanmasına və ərazilərin azad edilməsinə dair vasitəçilərə bəslənən ümidlər boşa çıxıb.

"Minsk Qrupunun gələcək roluna gəldikdə isə o, yeni reallıqlara adaptasiya olmalıdır. Həmsədrlərin tərəflər arasında təmasların qurulmasında mövcud olan təcrübələrini nəzərə alaraq onlar Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə, habelə müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfələrini verə bilərlər”,-H. Hacıyev əlavə edib.

Sosial Tədqiqatlar Mərkəzi hələ noyabr ayında təqdim etdiyi "ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
VƏTƏN MÜHARİBƏSİNDƏN ƏVVƏL VƏ SONRA.... ANALİTİK HESABAT"-da "ATƏT-in Minsk Qrupunun münaqişənin tənzimlənməsindəki fəaliyyətini necə qiymətləndirirsiniz" sualına cavab verənlərin 81,8 faizi "pis" cavabını verib.

Yəni on illər ərzində münaqişənin həllinə cavabdeh olan, sülhü missiya kimi əsas məqsəd tutan bir qurumun fəaliyyətinə verilən qiymət budur və məhz ATƏT-in MQ fəaliyyəti idi ki, danışıqları dalana dirədi, digər alternativin -müharibənin reallaşması üçün hər cür erməni təxribatlarını malaladı və bunu bir çox dəfə, son olaraq isə BMT-nin zoom-dakı zirvəsində Azərbaycan rəhbəri bütün dünyaya bəyan etdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol