• $
  • €
  • ₽
  • ₺
  • £

Koçaryan hakimiyyətə gələrsə, müharibə başlayacaq

Koçaryan hakimiyyətə gələrsə, müharibə başlayacaq
30.01.2021 11:04
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan siyasətə qayıtdığını və qarşıdakı parlament seçkilərinə qatılacağını elan edib.


Nikol Paşinyan hakimiyyətini Qarabağ məğlubiyyətinə və iqtisadi siyasətinə görə sərt tənqid edən baş terrorçu vəziyyətdən çıxış yolunu bildiyini əlavə edib.

Baxmayaraq ki, praktiki olaraq Koçaryanın yenidən "dirilməsi" mümkün deyil, ancaq Ermənistanda Paşinyanın əvəzinə revanşist qüvvələri təmsil edən Koçaryanın hakimiyyətə gəlməsi bölgəyə necə təsir göstərə bilər?


Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadənin sözlərinə görə, Robert Koçaryanın hakimiyyətə gəlməsi münaqişəni yenidən alovlandıra bilər.


"Qondarma rejimin ilk rəhbəri olaraq Qarabağın işğalında Koçaryan bilavasitə iştirak edib. Bu da mümkün danışıqlara öz mənfi təsirini göstərəcək. Koçaryanın yenidən siyasətə qayıtması hər halda yaxşı nəticə vəd etmir. Qarabağda vəziyyətin gərginləşməsi, təxribatların, hərbi toqquşmaların artması gözlənilə bilər”.


Bununla belə, ekspert Koçaryanın seçkilərdə qələbə şansını bir o qədər də yüksək qiymətləndirməyib.


"Çünki Ermənistan əhalisi onun hakimiyyəti dövründə törətdiyi cinayətlərdən xəbərdardır. Ona görə də onun yenidən hakimiyyətə gətirilməsini yəqin ki, istəməzlər. Lakin iş orasındadır ki, son illər ərzində Ermənistan əhalisi ümumiyyətlə seçkilərə maraq göstərmir. Bunun səbəbi həm keçmiş, həm də indiki hakimiyyətdə olan insanlara inamsızlıqdı”.


İlqar Vəlizadənin fikrincə, Ermənistan sakinləri seçkilərdə passiv iştirak edərlərsə, Koçaryanın qalib gəlmək şansları çoxalacaq.


"Əgər insanlar seçkilərdə passiv iştirak edəcəklərsə, köhnə komandanın nümayəndələri, Koçaryanın əlaltıları səsləri almağa cəhd göstərəcəklə. Heç nəyə ümid bəsləməyən insanlar öz səslərini asanlıqla sata bilərlər. Belə hal baş verərsə, təəssüflər olsun ki, Koçaryanın qalib gəlmə şansı daha çox olacaq. Müsahibəsində elə iddialı danışmasına səbəb səsləri ala biləcəyindən arxayın olmasıdır.  O bilir ki, buna imkanı çatır. Hakimiyyətə gəldikdən sonra yenidən talançılıqla məşğul olmağa başlayacaq. Yeri gəlmişkən onlara qarşı cinayət işi açılıb. Cinayət işlərinin xitam edilməsi gözlənilir. Yenidən hakimiyyətə gəlməsi və büdcənin talan edilməsi üçün onlar bu addımı ata bilərlər”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol