Qarabağda sülhməramlılar üçün daha bir modul şəhərciyi tikildi
01.02.2021 12:35
Dağlıq Qarabağda rus sülhməramlıları üçün 60 yerlik blok-modul şəhərciyi tikilib
Anews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni modul şəhərciyi sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilən dördüncü şəhərcikdir. Hər birinin ərazisində süni örtüklü idman salonu, hamam, tibb mərkəzi, istirahət otaqları, ofis, anbar, yeməkxana və mağazalar var.