• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Bakıda əməliyyat keçirdi: Ana, oğlu və qohumu saxlanıldı - VİDEO

Polis Bakıda əməliyyat keçirdi: Ana, oğlu və qohumu saxlanıldı - VİDEO
02.02.2021 14:27
Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərində oğurluq edilib.

Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsində yerləşən bağ evlərindən birindən oğurluq edən şəxs saxlanılıb.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Rüstəm Abdullayev tutulub.

Araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, 6 ədəd xalça və digər məişət əşyaları oğurladığı məlum olub. Hadisə zamanı R.Abdullayev ev sahibinə ümumilikdə 2 000 manata yaxın maddi ziyan vurub. Saxlanılan şəxsin polis bölməsində üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə qurudulmuş maruxuana da aşkar edilib.

Qeyd edək ki, R.Abdullayev oğurladığı məişət əşyalarının bir qismini yaşadığı evə gətirib. Həmin əşyalar onun mənzilindən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Sabunçu RPİ-nin 42-ci PB əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə Nardaran qəsəbəsində daha bir bağ sahəsindən 111 ədəd tikintidə istifadə olunan dəmir dirəklər oğurlayan dəstə üzvləri saxlanılıb.

Əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sitarə Bədəlova, onun oğlu Tehrab Bədəlov, qohumu Sahibə Mustafayevə, həmçinin Vüqar Abdullayev və Aqşin Əliyev tutulub. Dəstə üzvlərindən oğurladıqları dəmir dirəklər aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Hər iki faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol