• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad edib” - Fransız jurnalist

“Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad edib” - Fransız jurnalist
02.02.2021 20:54
Fransanın "Atlantico” portalında jurnalist Sebastyan Bussuanın "Dağlıq Qarabağ: 27 il əvvəl didərgin salındıqları torpaqlara qayıtmaq istəyən köçkünlərlə görüş” adlı məqaləsi dərc edilib.

Anews.az xəbər verir ki, məqalədə deyilir ki, bu, faciəli insan hekayəsidir.

Otuz il əvvəl Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən torpaqları işğal edilmiş və doğma evlərindən didərgin salınmış 800 minə yaxın azərbaycanlı məcburi köçkün ötən müddət ərzində qayıdışlarını gözləyiblər. Ermənistanla 44 günlük müharibədə qələbə qazanan Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad etdi. Torpaqları azad edilən yüz minlərlə azərbaycanlı tezliklə Zəngilan, Qubadlı və digər rayonlardakı evlərinə qayıtmaq arzusu ilə yaşayır. Onlar 30 ildən sonra yeni həyat qurmağı xəyallarında canlandırırlar.

Jurnalist Azərbaycanın azad etdiyi şəhərlərin və kəndlərin ermənilər tərəfindən dağıdılmasından da bəhs edir. Bildirir ki, yaşayış məskənləri ölüm kabusuna çevrilib, məscidlər tövlə kimi istifadə olunub, kitabxanalar talan edilib. Azərbaycan hökuməti dağıdılmış ərazilərdə infrastrukturun bərpasına başlayıb.

Bakıda yaşayan minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmaq arzularından bəhs edən fransız jurnalist məqaləsində onların bəzilərinin fikirlərinə yer verib. Rəsul və Aygün köçkünlük həyatlarından, Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş həmvətənlərimizin yaşadıqları faciələrdən danışıblar. Onlar işğal nəticəsində dağıdılmış kəndlərini, evlərini yenidən qurmaq arzusu ilə yaşadıqlarını bildiriblər.

Məqalədə qeyd edilir ki, bu insanlar üçün ölkələri Azərbaycanın qələbəsi Prezident İlham Əliyevin qələbəsidir, eləcə də bütün köçkünlərin qələbəsidir.

Onlar tarixdə heç də bütün köçkünlərin belə bir fürsət əldə etmədiklərini, doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə gözlədiklərini qeyd edib, qayıdış planlarından, yeni həyat quracaqlarından danışıblar.

Fransız jurnalist yazır ki, söhbət etdiyi azərbaycanlı məcburi köçkünlərdə ermənilərə qarşı nifrət görmədi. O qeyd edir ki, əvvəllər bölgədə hökm sürmüş harmoniya zamanla yenidən bərpa olunacaq.  /Report


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol