• $
  • €
  • ₽
  • ₺
  • £

İri ticarət mərkəzləri və "mall"lar bu tarixdə açıla bilər - AÇIQLAMA

İri ticarət mərkəzləri və "mall"lar bu tarixdə açıla bilər - AÇIQLAMA
05.02.2021 15:36
"Dünən Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iştirakı ilə onlayn şəkildə böyük bir konfrans baş tutdu. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyinə bütün suallar ünvanlandı və cavabların əksəriyyəti bizi qane etdi. Təbii ki, bizim yumşalma ilə əlaqədar narahat olduğumuz məsələr var”.

Bu sözləri BAKU.WS-ə millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, ticarət mərkəzləri və "mall”ların açılması başa düşüləndir: "Şagird və tələbələrə təhsil ocaqlarına getməyə icazə verilirsə, onlara geyim və müəyyən ləvazimatlar almaq lazımdır. Ticarət mərkəzləri açılmalıdır ki, zəruri olan ləvazimatlar alına bilsin.

Amma digər ölkələrə baxsaq, görərik ki, vəziyyət daha da ağırlaşır. Yoluxma dalğası artır və bu istiqamətdə tədbirlər görülür. Təyyarə uçuşları dayandırılır və karantinin sərtləşdirmə tədbirləri görülür.

Azərbaycanda əgər Operativ Qərargah mövcud qərarları verirsə, bunu alqışlamaq lazımdır. İnsanlarımız anlamalıdır ki, xəstəlik hələ qurtarmayıb. Sabah əgər qərar verilsə ki, "mall”lar və ticarət obyektləri açılsın, maskalardan, dezinfeksiya məhlullarından istifadə edilməli və ara məsafəsi saxlanılmalıdır. Əgər buna əməl olunmazsa, vəziyyət yenidən ağırlaşa bilər".

Deputat qeyd edib ki, həmişə ticarət obyektlərinin açılmasını təqdir edib: "Burada insanların işlə təmin olunması da var. Dövlət axı hər dəfə sahibkarları məvaciblə təmin edə bilməz. Bu səbəbdən ticarət mərkəzlərinin işləməsi olduqca vacibdir. Bu məsələyə Operativ Qərargah tərəfindən baxılacaq, müəyyən qərarlar veriləcək. Fikrimcə, "Binə” və "Sədərək” ticarət mərkəzləri, "mall”larla bağlı məsələ öz həllini tapacaq.

Bu məsələnin nə vaxt həll olunacağı ilə bağlı deyə bilərəm ki, fevralın 15-dən sonra bu baş verə bilər. Bunun üçün Operativ Qərargahın qərarını açıqlaması şərtdir.

Azərbaycan ən öndə gedən ölkələrdən biridir ki, koronavirusdan çox yüksək səviyyədə çıxdı. Başqa ölkələrdəki yoluxma və ölüm sayına baxsaq, bunun şahidi olarıq. Ölkəmizə ən müasir avadanlıqlar gətirildi, modul tipli xəstəxanalar inşa olundu. Yoluxan insanların sağalması üçün bütün şərait yaradılıb".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol