• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkimin həbsindən sonra xəstəxana bağlanıb, əlillər müayinədən keçə bilmir

Baş həkimin həbsindən sonra xəstəxana bağlanıb, əlillər müayinədən keçə bilmir
11.02.2021 09:32
Məlum olduğu kimi, ötən ay Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Hazırda xəstəxanada korrupsiya faktları ilə bağlı araşdırma gedir. Bu səbəbdən də xəstələrin müayinəsi məhdudlaşdırılıb. Nəticədə, rayonda əlilliyə görə təkrar müayinədən keçmək istəyən sakinlər üçün ciddi problemlər yaranıb.  

Bu şikayətlə "Qafqazinfo”ya Masallı rayon sakinləri tərəfindən bir neçə müraciət daxil olub. Onlar bildirirlər ki, əlilliyə görə pensiya və sosial müavinət alan şəxslər təkrar müayinədən keçmək üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət etsələr də, onlara hazırda araşdırma aparıldığını və xəstəxanada əlilliklə bağlı müayinələrin dayandırıldığını deyiblər.
 
Bəs müayinə vaxtı çatan şəxslər hara müraciət etməlidirlər? Müayinələr hansı müddətdən sonra bərpa olunacaq? Vaxtında müraciət etmədiyinə görə vətəndaşlarla bağlı hər hansı cərimə nəzərdə tutulurmu?

Bu barədə məlumat almaq üçün Masallı rayon Mərkəzi Xəstəxanasında baş həkimin səlahiyyətləri həvalə olunan Rasim Əzizovla əlaqə saxladıq. O bildirdi ki, korrupsiya faktları ilə bağlı araşdırma aparıldığından xəstəxana müvəqqəti bağlanıb. Təxminən 10 günə xəstəxana açılacaq və əlilliyə görə müayinə olunmaq istəyən şəxslər də həmin vaxt müraciət edə bilərlər:

"5-10 gün sonra bütün sənədlər aidiyyati üzrə ötürüləcək. Əlillik meyarlarına uyğun olanlar pensiya ala biləcəklər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirilib ki, vətəndaş müəyyən müddət itirəcək və həmin müddət ərzində pensiya və ya sosial müavinət almayacaq. 

"Vaxtında səhiyyə müəssisəsinə müraciət edib, həkim komissiyasından keçərək Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil edilməlidir. Təyinat vaxtında aparılsa, vətəndaş vaxtında sosial müavinət və ya əmək pensiyası ilə təmin olunar. Lakin bu halda müəyyən müddət itəcək və vətəndaşın vaxtında arasıkəsilmədən sosial müavinət almaq şansı azalacaq”.

Agentlikdən həmçinin bildirilib ki, qanunvericiliyə əsasən, "forma 88” Alt Sistemə daxil edildikdən sonra əlillik 10-15 iş günü ərzində qiymətləndirilir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol