• $
  • €
  • ₽
  • ₺
  • £

Polietilen torbalar üçün dövlət standartı qəbul edilib

Polietilen torbalar üçün dövlət standartı qəbul edilib
11.02.2021 13:29
Ətraf mühitin zərərli təsirlərdən qorunmasının daha da gücləndirilməsi məqsədilə qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub.

Bu barədə "Report”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, bu dəyişiklik qida məhsullarının qablaşdırılmasında və sənayedə istifadə edilən torbaların keyfiyyət və təhlükəsizliyini normalaşdıran dövlət standartının qəbulunu şərtləndirir.

Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla, qalınlığı 15 mikrondan yuxarı olan polietilen torbalara dair AZS 891:2021 (GOST 12302) "Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər” dövlət standartı qəbul olunub və Dövlət Fonduna daxil edilib.

Yeni standartın tələblərinə görə, torbaların səthində çatlar, kəsiklər, deşiklər olmamalı, daxili səthləri yapışmamalıdır. Torbalar xarici görünüşü, ölçüsü, qalınlığı, tikişinin hermetikliyi, əl tutacağının yükə davamlılığı, gigiyenik parametrləri və.s kimi göstəricilərinə görə standartın tələblərinə uyğun olmalıdır. Eyni zamanda torbalar onlardan istifadə zamanı toksik olmamalı, normal otaq və hava şəraitində insan sağlamlığına zərər vurmamalıdır. Torbaların hər partiyasını onun mənşə ölkəsini, istehsalçısını, adını, tipini, təyinatını, standartın nömrəsini, istehsal tarixini özündə ehtiva edən keyfiyyət sənədi müşayiət etməlidir, yüksək riskli mallar xüsusilə dərmanların, qida məhsullarının, uşaq oyuncaqlarının, parfümeriya və kosmetika məhsullarının qablaşdırılması üçün nəzərdə tutulmuş torbaların sanitariya və epidemioloji baxımından qiymətləndirilməsi aparılmalı və bu barədə məlumatlar keyfiyyət sənədində göstərilməlidir. Qanunvericiliyin tələblərinə görə uyğunluq sertifikatı olmayan torbaların satışı qadağandır.

Standartın tələblərinə uyğun daşınma və saxlanma şəraitində polimer plyonkalardan hazırlanmış torbaların saxlanma müddəti 6 ay, kombinə edilmiş materiallardan hazırlanan torbaların saxlanma müddəti isə 12 ay tövsiyə olunur.

Bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin nəzərinə çatdırırıq ki, texniki tənzimləmənin şamil olunduğu mallara dair dövlət standartlarının tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinə görə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək cərimə edilir.

Dövlət standartının tam mətnini "Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin rəsmi internet səhifəsi www.azstand.gov.az vasitəsilə elektron şəkildə əldə etmək olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol