• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın tanınmış idmançısı yenə yarışdan kənar qalacaq

Azərbaycanın tanınmış idmançısı yenə yarışdan kənar qalacaq
17.02.2021 20:30
Azərbaycan sabah İsrailin paytaxtı Təl-Əvivdə başlayacaq "Böyük Dəbilqə” yarışında 15 cüdoçu ilə təmsil olunacaq.

Anew.az xəbər verir ki, yanvarda bəlli olan ilkin siyahıya iki dəyişiklik və bir əlavə edilib.

Belə ki, ötən ay Qətərin paytaxtı Dohada keçirilmiş "Masters” turnirində zədə üzündən iştirak edə bilməyən Olimpiya və dünya mükafatçımız, Avropa çempionu Rüstəm Orucov (-73 kq) yenə yarışmayacaq. Həmçinin "Masters”də gümüş medal qazanmış dünya və Avropa mükafatçısı İrina Kindzerskaya (+78 kq) yarışa qatılmayacaq.

Heyətə ən ağır çəkidə cəlb edilən idmançı isə Camal Feyziyevdir.

Kişilər: Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi -60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Telman Vəliyev (-73 kq), Hidayət Heydərov, Zelim Tskayev (hər ikisi -81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri, Camal Feyziyev (hər ikisi +100 kq)

Qadınlar: Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq).

Qeyd edək ki, Olimpiadaya reytinq xalları qazandıran bu yarışda 61 ölkədən 425 iştirakçı (249 kişi və 176 qadın cüdoçu) mübarizə aparacaq. Yarış fevralın 20-də başa çatacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol