• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Bakıya aviareysləri bərpa edir

Ukrayna Bakıya aviareysləri bərpa edir
12.03.2021 21:37
Ukrayna Beynəlxalq Hava Yolları (UIA) Bakıya uçuşları bərpa edir.

Bu barədə Anews.az-a Ukraynanın Azərbaycandakı səfirliyindən bildirilib.

Yeni restart Ukrayna və Azərbaycan paytaxtları arasında birbaşa uçuşları bərpa edəcək, habelə Ukraynanın müxtəlif bölgələrindən gələn sərnişinlərə Kiyevdə rahat gediş-gəlişi təmin edəcəkdir.
Uçuşlar aprel ayının sonuna qədər hər həftənin çərşənbə axşamı və şənbə günləri Heydər Əliyev Hava Limanına nəzərdə tutulub.

Hazırda Azərbaycana giriş yalnız Azərbaycan vətəndaşlarına, Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluq işçilərinə və rəhbərlərinə və onların ailələrinə, yaşayış icazəsi olan əcnəbilərə, rezidentlərin ailə üzvlərinə (uşaqlarına, valideynlərinə, həyat yoldaşına) ailə əlaqələrini sübut edən sənədlərlə icazə verilir. Yola çıxmazdan 48 saatdan çox olmayaraq laboratoriyada aparılmış mənfi bir PCR testi nəticəsinin olması vacibdir. Məcburi tələb həmçinin Heydər Əliyev beynəlxalq hava limanının tələblərinə uyğun olaraq, sənədin yoxlanılması üçün elektron yoxlanılmasına imkan verən QR kodu ehtiva edən COVID-19-da mənfi testin çap olunmuş nəticəsinin olmasıdır.

Öz növbəsində, Bakıdan Ukrayna şəhərlərinə səyahət edənlərin yalnız COVID-19-un müalicə xərclərini ödəyəcək bir sığorta polisi olmalıdır.

"Bildiyiniz kimi, hazırda müxtəlif ölkələrin sərhədlərindən keçmək üçün bəzi epidemioloji məhdudiyyətlər mövcuddur. Səyahət tövsiyələrini aviaşirkətin veb-saytında tapa bilərsiniz.

Ukrayna Beynəlxalq Hava Yolları Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Hava Nəqliyyat Təşkilatı, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi, Avropa Xəstəliklərin qarşısının alınması və Nəzarəti Mərkəzi, habelə Ukrayna Səhiyyə Nazirliyinin və Ukraynanın Dövlət Aviasiya İdarəsinin tövsiyələrinə uyğun olaraq, təhlükəsizlik standartlarını və prosedurlarını tətbiq edir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol