• $
  • €
  • ₽
  • ₺
  • £

Vilayət Eyvazov onları cəzalandırdı

Vilayət Eyvazov onları cəzalandırdı
04.06.2021 11:58
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyini cəzalandırıb.

Bir müddət öncə rayon sakini, Mirzəyev Ramin İlyas oğlu narkotik vasitələrin daşınmasına görə saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Ramin Mirzəyev daha sonra sərbəst buraxılsa da, cinayət işi qüvvədə qalıb. Bundan sonra vətəndaş Mirzəyev DİN rəhbərliyinə şikayətlər ünvanlayıb. Bildirib ki, şöbənin Cinayət Axtarış İdarəsinin rəisi Bəhruz Mirzəyev şəxsi konfliktinə görə onun barəsində saxta əsaslarla cinayət işi başladıb.

Nazirliyin Daxili Təhqiqat İdarəsi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bunun üçün Şirvana yola düşən DİN vəzifəli şəxsləri rayona çatmağa 1 saat qalmış əməliyyatçılar Ramin Mirzəyevin evinə baxış keçirməyə gedib. Baş əməliyyat müvəkkili Kamil adlı polis əməkdaşı Raminin evindən bir neçə növ narkotik aşkar edib.

Daxili Təhqiqat İdarəsinin əməkdaşları şöbəyə çatdıqdan sonra məlum olub ki, bir ay öncə saxlanılan R.Mirzəyevin evinə həmin günə kimi baxış keçirilməyibmiş. Bu da ciddi prosessual pozuntu hesab edildiyi üçün Şirvan ŞPŞ rəhbərliyi cəzalandırılıb. 

Nazir Vilayət Eyvazovun əmri ilə ŞPŞ rəisi, polis polkovniki Hikmət Quliyev, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib.

Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil və baş təhqiqatçı isə polis orqanlarındakı xidmətdən xaric edilib.
Hazırda Şirvan ŞPŞ-də kompleks yoxlama aparıldığı bildirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol