• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq Biləsuvardakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Prokurorluq Biləsuvardakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
12.06.2021 13:02
İyunun 12-də saat 07 radələrində Biləsuvar rayon sakinləri Nurlan Rüstəmovun bıçaqlanaraq xəsarət alması, Sadiq Abıyevin isə bıçaqlanması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Biləsuvar rayon prokurorluğundan Anews.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Biləsuvar rayon sakini Məhəmməd Fərəcli qeyd edilən tarixdə "Qazel” markalı avtomaşınla rayonun Ağayrı kəndində yerləşən pambıq səhəsinə işləməyə gedərkən onunla birlikdə həmin avtomaşında olan Nurlan Rüstəmov və Sadiq Abıyev ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonunculara xəsarət yetirib, nəticədə Sadiq Abıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhəmməd Fərəcli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


***


12:44


Biləsuvar rayonunda qətl hadisəsi törədilib.


Anews.az xəbər verir ki, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.


Belə ki, Biləsuvar şəhər sakini, iş yoldaşları olan 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında münaqişə baş verib. Nəticədə sonuncu bıçaqla qətlə yetirilib.


Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol