• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” AVRO-2020 oyunlarının keçiriləcəyi ərazilərdə şəbəkə optimallaşdırma işlərini yekunlaşdırıb

“Nar” AVRO-2020 oyunlarının keçiriləcəyi ərazilərdə şəbəkə optimallaşdırma işlərini yekunlaşdırıb
14.06.2021 10:04
"Nar” UEFA Avro-2020-nin paytaxtımızda baş tutacaq 4 oyunu ilə əlaqədar tamaşaçıların kəsintisiz və keyfiyyətli telekommunikasiya, internet və mobil xidmətlərlə təmin edilməsi məqsədilə şəbəkə infrastrukturunu optimallaşdırıb. Bakı Olimpiya Stadionu və ətraf ərazilər, eləcə də komandaların təlim-məşq keçirəcəyi stadionlar və yerləşəcəyi otellərdə xidmət göstərən mobil baza stansiyalarınının tutumları artırılıb, təkmilləşdirmə işləri görülüb. 


Qeyd edək ki, fasiləsiz və dayanıqlı rabitənin təmin edilməsi məqsədilə mobil şəbəkə avadanlıqlarının və beynəlxalq rominq xidmətinin yoxlanılması işləri tamamlanıb. Oyunların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq "Nar” əməkdaşları şəbəkəni tam nəzarətdə saxlamaq məqsədilə gücləndirilmiş rejimdə çalışacaq. 


 Qeyd edək ki, "Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.     


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol