• $
  • €
  • ₽
  • ₺
  • £

Əhali daha çox pulsuz çimərliklərə gedir

Əhali daha çox pulsuz çimərliklərə gedir
10.07.2021 20:30
Azərbaycanda artıq çimərlik mövsümü başlayıb. Çimərliklərdəki durumla əlaqədar mövzunun aktuallığını nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən 28 iyun – 3 iyul tarixlərində sorğu keçirilib.
 
Sorğuda iştirak edən 1005 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.

Respondentlərin 39%-i artıq çimərliyə getdiyini, 33%-i isə gedəcəyini bildirib. Pandemiyaya görə bu il çimərliklərə üz tutmayacağını qeyd edənlər cavab verənlərin 7%-ni təşkil edib. Respondentlərin 21%-i isə ümumiyyətlə çimərliklərə getmədiyini qeyd edib.

Sorğu iştirakçılarının 28%-i çimərlikdə sosial məsafənin saxlanılmasını lazımsız tədbir hesab etsə də, cavab verənlərin 17%-i əksini düşünür. İnsanların az toplaşdığı çimərliklərə üz tutmağı məqsədəuyğun sayanlar respondentlərin 25%-ni təşkil edib. İştirakçıların 14%-i vaxt amilini nəzərə almağı və çimərliyə gedərkən insanların daha az toplaşdığı saatları seçməyi düzgün hesab edib. Çimərliyə getmədiyini qeyd edərək, bu barədə fikir bildirməyənlər respondentlərin 16%-ni təşkil edib.

Bir və ya bir neçə variant seçmək imkanına malik olan respondentlər "Azərbaycanda hansı çimərliyi bəyənirsiniz?” sualına aşağıdakı kimi cavab verib:

Bilgəh – 39,4%;
Mərdəkan-Şüvəlan – 28,1%;
Novxanı – 22,6%;
Şıxov – 9,7%;
Buzovna – 12,9%;
Zuğulba – 7,9%;
Pirşağı – 13%;
Nardaran – 12,3%;
Türkan – 5,1%;
Hövsan – 4,2%;
Sumqayıt – 5,3%;
Digər – 14,4%;
Heç birini bəyənmirəm – 18%.

Respondentlərin 46%-i ödənişsiz, 36%-i ödənişli çimərliklərə üz tutduğunu qeyd edib. Ümumiyyətlə çimərliyə getmədiyini deyənlər bu suala cavab verənlərin 18%-ni əhatə edib.

Sorğuda iştirak edənlərin bu il çimərliklərdən istifadə zamanı hansısa xüsusi qaydaların tətbiq olunmasının vacibliyi ilə bağlı fikirləri müxtəlif olub.
 
İştirakçıların 37%-i qeyd edib ki, paltardəyişmə otaqlarında və sanitar qovşaqlarda təmizlik qaydalarına riayət olunmalıdır. "Çimərlik ərazisində tullantılar xüsusi ayrılmış qutulara atılmalıdır” deyənlər cavab verənlərin 30%-ni təşkil edib. Sorğu iştirakçılarının 10%-i dezinfeksiya məhlullarından tez-tez istifadə edilməsini, 8%-i isə sahildə çimmək üçün zonaların xüsusi işarələrlə ayrılmasını vacib hesab edib. Cavab verənlərin 15%-i üçün hansısa qaydalara riayət olunub-olunmamasının fərqi yoxdur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol