• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Vergi Xidməti vergidən yayınan sahibkarları nəzarətə götürdü

Dövlət Vergi Xidməti vergidən yayınan sahibkarları nəzarətə götürdü
14.07.2021 17:55
Fərdi sahibkar Aslanov Natiq Gülmirzə oğlunun tütün məmulatlarının topdansatış mərkəzlərindən belə məhsulları əldə edə bilməməsi ilə bağlı müraciəti hərtərəfli və obyektiv araşdırılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, vergi ödəyicisi ötən il elektron qaimə-faktura ilə cəmi 22,6 min manat (ƏDV ilə) dəyərində mal alınıb ki, bunun da 10,34 min manatı tütün məmulatları olub. 2021-ci ildə isə onun əldə etdiyi tütün məmulatlarının həcmi kəskin artıb. Belə ki, vergi ödəyicisi elektron qaimə-faktura ilə 206,5 min manat (ƏDV ilə birlikdə) dəyərində mal alıb ki, bunun da 203,14 min manatını tütün məmulatları təşkil edib. Həmçinin vergi ödəyicisinin oğlu, vergi orqanlarında fərdi sahibkar kimi uçotda olan Aslanov Şahin Natiq oğlu da 2021-ci ildə (may-iyun aylarında) elektron qaimə-faktura ilə 155,4 min manat (ƏDV ilə birlikdə) dəyərində mal alınıb ki, bunun da hamısı tütün məmulatları olub. Tütün məmulatlarının alışının böyük həcmdə olmasına baxmayaraq, həmin dövrdə hər iki vergi ödəyicisinin elektron qaimə-faktura tərtib etmədən mallar təqdim etdiyi müəyyən edilib.


Anews.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.


"Aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi Qaydaları” haqqında ölkə prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı tələblər müəyyənləşdirilib. Həmin tələblərin 3.2-ci bəndinə əsasən, markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədilə alınması zamanı malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi ödəyicisi vergi orqanlarında uçotda olan şəxslərə mal, iş və xidmətlər təqdim etdikdə elektron qaimə-faktura göndərməlidir.


Araşdırmalar zamanı müəyyən edilib ki, fərdi sahibkar N.Aslanov və oğlu Ş.Aslanov topdansatış mərkəzlərindən əldə etdikləri aksizli malların sonradan nağd qaydada və elektron qaimə-faktura tərtib edilmədən satışını həyata keçirib ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir və fərdi sahibkarın, həmçinin malları satdığı subyektlərin vergidən yayınması üçün şərait yaradır.


Topdansatış mərkəzləri fərdi sahibkarların malları pərakəndə satış qaydasında deyil, topdan nağd qaydada satışına yönəltmələri ilə bağlı əsaslı şübhələr yaranması səbəbindən, həmin şəxslərə tütün məmulatlarının satışını məhdudlaşdırıb və qanunvericiliyin tələblərinin pozulması, haqsız rəqabət mühitinin formalaşdırılması ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Hazırda hər iki fərdi sahibkarın fəaliyyəti, aksizli malların dövriyyəsi və satışı zamanı yol verilmiş hallar araşdırılır.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı malların satılması və satış məqsədilə alınması zamanı mövcuq qanunvericiliyin tələblərinə riayət edilməli, topdansatışın həyata keçirilməsi zamanı mallar elektron qaimə-faktura əsasında təqdim edilməli, hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Vergi ödəyiciləri lüzumsuz sanksiyalarla qarşılaşmamaq üçün qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol