• $
  • €
  • ₽
  • ₺
  • £

“Rəsmi qurumlar illərdir görmür ki, Azərbaycanda “patı” yayılır?”

“Rəsmi qurumlar illərdir görmür ki, Azərbaycanda “patı” yayılır?”
16.07.2021 17:04
Ümid Partiyasının sədri İqbal Ağazadə "Reaksiya TV”də qonaq olub. Anews.az xəbər verir ki, o, son aylarda Azərbaycanda narkotikin, xüsusilə "patı”nın məşhurlaşmasından və kütləvi satışından danışıb.


İ.Ağazadə narkotikin satışına dövlət qurumları və onların adamları tərəfindən icazə verildiyini bildirib:  "Azərbaycanda narkotik səlahiyyətli dövlət qurumlarının və adamlarının, səlahiyyətli dövlət orqanlarının icazəsindən kənar yayılmır. Ciddi və ağır faktordur. DTX, polis və s. orqanlar illərdir görmürdülər ki, Azərbaycanda "patı” yayılır? Sərhəddən keçirsə, sərhəd qoruyucuları hara baxır. Necə olur ki, rahat şəkildə ölkəyə keçirilir? İndi burda hazırlayırlar. Deyilənə görə, gündə 3 kq-a yaxın hazırlanır. Kəndlər var ki, kütləvi şəkildə yayılıb. Görmürdülər ki, kimin əli ilə ortaya çıxarılır? Camaat, vətəndaş hər şeyi bilir. Bunun arxasında xüsusi qüvvələr var. Hakimiyyətin biləvasitə içində olan qüvvələrdir, səlahiyyətli dövlət adamlarıdır.


Əvvəlcə bu qüvvələri sıradan çıxarmaq lazımdır. Ölkədə "patı”, "şüşə” özbaşına ortaya çıxıb? Şəhərin mərkəzində olan apteklərdə "patı” satılır. Kimindir o apteklər və niyə satışına icazə verilir? Əvvəllər təkcə "Papanin”də satılırdı, indi Bakının hər yeri "Papanin”dir. Şəhərin bütün küçələrində kameralar var. Görmürlər ki, necə satılır? Niyə qarşısını almırlar? Çünki bundan pul qazanırlar. Yadınızda saxlayın ki, o pul bunu satanların balalarının burnundan gələcək. Çünki o, başqasının balalarını pis vəziyyətə salır. Kəndlər var ki, ata və oğul bir yerdə narkotikdən istifadə edir. Azərbaycanda plantasiyalar var ki, kimlərinsə nəzarətindədir. Bakı Ağır Cinayətlər məhkəməsində 5 hektar narkotik plantasiyasına görə həbs edilən adamdan sonra bilmirdilər ki, o hansı rayondadır, kimin nəzarətindədir? O plantasiyada adam da öldürülmüşdü. Amma araşdırılmadı. Peşəkar narkomanlar yeni insanlar cəlb etməklə əslində öz narkotik tələbatlarını ödəyirlər. Çünki pulları bitir və yeniləri yığmaqla bunu sığortalayırlar.


Vaxtında narkomaniya haqqında qanun qəbul edilməsini istədim, amma rədd etdilər. Dedim ki, narkotikdən istifadə edənləri qeydiyyata alın. Milli Məclisdə qəbul edilmədi. Qeydiyyatdan kənar kim narkotik istifadə etsə, 15 ilə qədər həbs verilməli olduğunu irəli sürdüm. Ölkədə bir narkoman qalmazdı. Gülürdülər ki, narkotiki rəsmiləşdirmək istəyirsiz. Axı bu daha doğru olardı. Hansısa kənddə narkoman vəsiqəsi olan insanı hər kəs tanıyacaqdı və ona qız verməyəcəkdilər, kiminsə balasını bədbəxt etməyəcəkdi. Ya islah olunacaq, ya da hökumət də biləcək ki, filankəs narkomandır və ona narkotik istifadəsi üçün yer verəcək. Sən narkotikə icazə verib istifadə üçün yer qoymayanda camaat "patı”ya qurşanacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol