• $
  • €
  • ₽
  • ₺
  • £

Öldürülən Laçının nəşi Şəmkirə gətirildi: Killer tutuldu - VİDEO

Öldürülən Laçının nəşi Şəmkirə gətirildi: Killer tutuldu - VİDEO
06.08.2021 12:24
Avqustun 3-də Ukraynanın Odessa şəhərində 25 yaşlı Şəmkir rayon sakini, kiçik sahibkar Laçın Məmmədovu "Stalker” tapança-pulemyotu ilə güllələləyən 27 yaşlı killer Elmuraz Məmmədov paytaxt Kiyevdə saxlanılıb. 


Qaynarinfo-nun məlumatına görə, E.Məmmədov Nikolay Amosov adına klinikanın yaxınlığında kirayə götürülmüş mənzildə gizlənirmiş. 


Laçın Məmmədov Şəmkir rayonunun İrmaşlı kəndinin sakinidir və ailəsi, azyaşlı uşaqları ilə birlikdə Odessada yaşayırmış. Onun azərbaycanlılardan ibarət kriminal qruplaşmaya mənsub olduğu bildirilir.


Bəzi məlumatlara görə, Laçın Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan kriminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.


İddia olunur ki, Sadik Mirzəyev ötən il Antalyada qətlə yetirilən "Lotu Quli” kimi tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Odessa şəhəri üzrə dəstəsinin rəhbəridir.


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 25 yaşlı Laçın Məmmədovun nəşi dəfn olunmaq üçün artıq Şəmkirin İrmaşlı kəndinə gətirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat/ video
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat/ video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol