• $
  • €
  • ₽
  • ₺
  • £

Unicapital ən innovativ investisiya şirkəti seçilib

Unicapital ən innovativ investisiya şirkəti seçilib
02.02.2022 16:42
"Unicapital” İnvestisiya Şirkəti uğurlu fəaliyyətinə görə nüfuzlu mükafatlar alıb. Böyük Britaniyanın premium biznes və maliyyə dərgisi olan "International Finance”ın araşdırmasına əsasən, İnvestisiya Şirkəti 2021-ci ildəki nailiyyətlərinə görə, iki nominasiya üzrə qalib seçilib. Maliyyə, kapital bazarları sahəsində rəqəmsal həllərin və onlayn xidmətlərin inkişafına töhfə verən təşkilatları mükafatlandıran  "International Finance Awards”  "Unicapital”ı "Azərbaycanda Ən İnnovativ İnvestisiya Şirkəti – 2021” və "Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021” mükafatlarına layiq görüb.

Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib: 

- Şirkətin bazardakı payı;
- Müştərilərinə yeni maliyyə bazarlarına çıxışın təmin edilməsi; 
- İnvestisiya bazarında təqdim olunan innovativ məhsul və həllər;
- Şirkətin maliyyə göstəriciləri və inkişaf perspektivi;
- Foreks xidmətinin təşkil edilməsi və xidmət üzrə müştəri məmnuniyyəti.


"Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021” mükafatı "Unicapital”ın "UForex” xidmətinin üstünlüklərinə görə verilib. "UForex” ötən il ərzində 24/5 (qeyri-iş saatlarında) sürətli və komissiyasız mədaxil, 1:100 nisbətinədək kredit çiyni imkanı və "Smart Stop out” funksiyasını tətbiq edib. Xidmət rebrendinq prosesini tamamlayaraq, bütün yeniliklərin əks olunduğu "www.uforex.az” saytını təqdim edib.


Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.


İnvestisiya şirkəti yaxın vaxtlarda dünyanın bir çox maliyyə bazarlarına çıxışı təmin edən multialət platformasını təqdim edəcək. Bununla da "Unicapital”ın davam etdirdiyi strategiya müştərilərinə daha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşma ilə investisiya sahəsini hər kəs üçün daha da əlçatan etmək imkanlarını artıracaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan sərhədinə dəmir yolunun çəkilişi 2027-ci ilin əvvəlində başa çatacaq
İqtisadiyyat 12:25
Ermənistan sərhədinə dəmir yolunun çəkilişi 2027-ci ilin əvvəlində başa çatacaq
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə!
İqtisadiyyat 12:12
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə!
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
İqtisadiyyat 10:43
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:54
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
İqtisadiyyat 08:26
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
İqtisadiyyat 07:24
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
İqtisadiyyat 07:04
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
İqtisadiyyat 16:48
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol