• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz” rəhbəri ötən ayın hesabatını təqdim etdi

“Azəriqaz” rəhbəri ötən ayın hesabatını təqdim etdi
11.02.2022 23:59
"Bu ilin yanvarında "Azəriqaz” İstehsalat Birliyi 1 milyard 183 milyon kubmetr qaz qəbul edib. Bu da 2021-ci ilin yanvar ayı ilə müqayisədə 102 milyon kubmetrdən artıqdır, bu sözləri "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media nümayənləri ilə keçirilən növbəti "Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə qəbul edilən təbii qazın əhali xətləri üzrə ötürülməsi 29 milyon kubmetr artıq olub.

 Görüş zamanı Birlik rəhbəri 2022-ci ilin yanvar ayının yekunlarına dair hesabatı Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin diqqətinə çatdırıb. O, həmçinin qeyd edib ki, qaz itkiləri ötən il yanvar ayında 8,8 % təşkil edirdisə, bu ilin yanvarında bu göstərici 6,3 %-ə enib.
 
"Yəni itkilər 2,5 faiz azalıb”, - deyə o əlavə edib.

Baş direktor yığım səviyyəsi ilə bağlı da məlumatı təqdim edib. Onun sözlərinə görə cari ilin yanvarında yığım səviyyəsi 91 % olub. Qazın sərfiyyatına görə ödənişlər əhali sektoru üzrə 95 %, qeyri-əhali üzrə 87 % təşkil edib.

Yeni abonentlərin sayına gəldikdə isə 5 903 yeni abonent qeydə alınıb.
 
"Yeni abonentlərin 5 639 nəfəri əhali, 262-si isə qeyri-əhali qrupu üzrə olub”, - deyə Əliyev söyləyib. 

Limit məsələsinə toxunan baş direktor ötən ay abonentlərin 98 %-nin 1 200 kubmetrlik limit həcmini keçmədiyini bildirib.

Onun sözlərinə görə ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 628 abonent olub ki, bu da "Azəriqaz” İB-nin ümumi abonentlərinin sayının 2,1 %-ni təşkil edib. Həmçinin ötən ay ölkə üzrə 32 kənddə qazpaylayıcı xətlərin çəkilməsinə başlanıldığı da qeyd edilib.

Məlumat üçün bildirilib ki, çəkilən qaz xətlərinin ümumi uzunluğu 13,7 kilometr təşkil edib ki, bunun da 1 kilometri Bakı şəhərində həyata keçirilib.
Digər 12,7 kilometr qaz xətləri regionlarda çəkilib. Bundan əlavə Ruslan Əliyev görüş zamanı media nümayəndələrinin suallarına aydınlıq gətirib. Keçirilən aksiya canlı yayımlandığından sosial şəbəkələr üzərindən daxil olan suallar da Birlik rəhbəri tərəfindən cavablandırılıb.

Baş direktor onu da qeyd edib ki, bundan sonra hər ayın əvvəli ötən ayın yekunlarına dair bütün statistik məlumatlar mətbuat və QHT nümayəndələrinin diqqətinə çatdırılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan sərhədinə dəmir yolunun çəkilişi 2027-ci ilin əvvəlində başa çatacaq
İqtisadiyyat 12:25
Ermənistan sərhədinə dəmir yolunun çəkilişi 2027-ci ilin əvvəlində başa çatacaq
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə!
İqtisadiyyat 12:12
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə!
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
İqtisadiyyat 10:43
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:54
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
İqtisadiyyat 08:26
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
İqtisadiyyat 07:24
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
İqtisadiyyat 07:04
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
İqtisadiyyat 16:48
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol